İcra Hakimiyyətinin işçisi Bakıda piyadanı vurub öldürdü

İcra Hakimiyyətinin işçisi Bakıda piyadanı vurub öldürdü, Javid

Maşının İcra Hakimiyyətinə məxsus olduğu müəyyənləşib

Bakucity.az-ın verdiyi xəbərə görə, hadisə dekabrın 7-də Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb.

Şamaxı rayon sakini, 1972-ci il təvəllüdlü Qəhrəman Ağababayev idarə etdiyi “İveco Euro Cargo” markalı 99 JF 567 nömrəli yük maşını ilə yolu keçmək istəyən piyadanı vurub. Həmin şəxs hadisə yerində ölüb. Məlum olub ki, vəfat edən piyada Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Cümşüd Kərimlidir.

“İveco” markalı maşın Nəsimi Rayon İcra Hakimiyyətinə məxsusdur və sürücü də həmin orqanın işçisidir.

Faktla bağlı cinayət işi başlanıb. Xəbəri Qafqazinfo yayıb. 

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər