“Neftçi” daha bir transferi həyata keçirib
Bakucity.az xəbər verir ki, seneqallı futbolçu Mamadu Mboc ilə 2,5 illik müqavilə bağlanıb.
25 yaşlı mərkəz müdafiəçisi bu komandanın heyətində üç nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Neftçi” bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə üç illik müqavilə bağlamışdı.
Bakucity.az