Çiskinli yağış yağacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8°, gündüz 9-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.
Bakucity.az