Bakıda qadını aldadıb 14 min dollarını aldılar

Bakıda qadını aldadıb 14 min dollarını aldılar, Javid

Türkiyə vətəndaşı azərbaycanlı qadına qarşı dələduzluq edib

Bakucity.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Piriyeva Şəhla Sabir qızı polisə müraciət edərək bildirib ki, 2018-ci ilin fevral ayında Türkiyə vətəndaşı Mehmet adlı şəxs Amerika Birləşmiş Ştatlarına viza düzəltmək adı ilə onu aldadaraq Qara Qarayev prospekti, 64 ünvanında, "Ailə market"in qarşısında ondan 14 min dollar alıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər