Azərbaycan Çempionatında “Neftçi” liderdir - Siyahı

Azərbaycan Çempionatında “Neftçi” liderdir - Siyahı, Javid

Premyer Liqanın 14-cü turunun oyunları başa çatıb

Bakucity.az xəbər verir ki, günün son matçında “Neftçi” klubu “Sumqayıt”la qarşılaşıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bununla da Topaz Premyer Liqasında birinci dövrəyə yekun vurulub, komandalar qış fasiləsinə yollanıblar.

14-cü turun nəticələri:

“Neftçi” – “Sumqayıt” - 0:0

“Səbail” – “Qəbələ” - 0:0 

“Sabah” – “Keşlə” - 1:2 

“Zirə” – “Qarabağ” - 0:6

Qeyd edək ki, turnir cədvəlinə 33 xalla “Neftçi” liderlik edir. 30 xalı olan son çempion “Qarabağ” isə ikincidir.

Bakucity.az

Neftçi FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər