"Rammstein" qrupunun solisti Bakıya gəlir

"Rammstein" qrupunun solisti Bakıya gəlir, Javid

Bakı Kitab Mərkəzində Till Lindemann ilə görüş keçiriləcək

Bakucity.az xəbər verir ki, Bakı Kitab Mərkəzi dünya rok musiqisinin canlı əfsanəsi, «Rammstein» qrupunun solisti Till Lindemann ilə görüş təşkil edəcək.

Dekabrın 15-də, saat 18.00-da, Till Lindemann BKM-də eksklüziv avtoqraf sessiya keçirəcək. Siz Lindemannın imzası ilə onun “Sakit bir gecə. Lirika” şeirlər toplusunu almaq fürsətini qazanacaqsınız. 

Bu kitab artıq danılmaz bestseller kitablar sırasına daxil olub. Kitabda şeirlərin mətnləri alman və rus dillərində də təqdim olunur. Kitabdakı füsünkar illüstrasiyaların müəllifi - Till Lindemannın dostu, rəssam Mattias Mattisdir.

Tədbirdə iştirak üçün əsas şərt "Sakit bir gecə. Lirika" kitabının Bakı Kitab Mərkəzində əldə edilməsidir. Kitabı bu gündən etibatən Bakı Kitab Mərkəzində almaq olar. Yerlər məhdud olduğuna görə, 1 kitab 1 nəfər üçün giriş bileti hesab olunur. Qiymət 25 azn.

Tədbirin vaxtı: 15 dekabr, 18.00, 18 +

Məkan: Bakı Kitab Mərkəzi, Üzeyir Hacıbəyov küçəsi, 5

Bakucity.az

Bakı Kitab Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər