Bakıda 1 gecədə 2 gənc özünü asdı

Bakıda 1 gecədə 2 gənc özünü asdı, Javid

Ötən gecə Bakıda iki gənc özlərini asıblar

Bakucity.az xəbər verir ki, Xətai rayonu Gəncə prospekti 5 ünvanındakı binada kirayə yaşayan 1989-cu il təvəllüdlü Camal Hacıyev özünü mətbəxdə asaraq intihar edib. Onun anten naqilindən asılı vəziyyətdə qalmış meyiti aşkarlanıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər verilib. Bildirilir ki, Camal Hacıyev evli olub.

Oxşar hadisə Sabunçuda da baş verib. Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Əhmədov yaşadığı mənzildə özünü asaraq həyatına son qoyub. O, subay olub.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BakuCity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər