Abşeronda ağır qəza: bir ölü, iki yaralı

Abşeronda ağır qəza: bir ölü, iki yaralı

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 8-də saat 15:00 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakinləri Ramin Şirəliyevin idarə etdiyi “Azsamand” və Arif Nəbiyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. 

Nəticədə, R.Şirəliyevin sərnişini, Göyçay rayon sakini Saab Məmmədov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Abşeron rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

BakuCity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər