Bakıda gecə klubunda Türkiyə vətəndaşı ölüb

Bakıda gecə klubunda Türkiyə vətəndaşı ölüb, Javid

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib

Bakucity.az xəbər verir ki, ölüm hadisəsi Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsində "Boss Klub" gecə klubunun qarşısında baş verib.

Türkiyə vətəndaşı, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi ev 1, mənzil 51-də müvəqqəti qeydiyyatda olan Rəcbər Taner Bakı şəhər sakini İsmayılov Zaur Zabir oğlu ilə birlikdə paytaxtda "Krivetka Pub" kafesində pivə içiblər.

Daha sonra onlar sərxoş vəziyyətdə Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsindəki "Boss Klub" a gələrək orada spirtli içki qəbul ediblər.

Bir müddətdən sonra R.Taner klubda özünü pis edib və dostundan onu havaya çıxarmağı xahiş edib.

Küçəyə çıxan R.Taner bir neçə dəqiqədən sonra keçinib.

BakuCity.az

Gecə klubu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər