Robert Kubitsa Bakı yollarında maşın sürmək istədiyini deyib

Robert Kubitsa Bakı yollarında maşın sürmək istədiyini deyib

"Etiraf etməliyəm ki, bu il avtomobilimiz elə də yaxşı deyildi"

Bakucity.az xəbər verir ki, Robert Kubitsa  “Williams” komandasının üzvü kimi “Formula-1” yarışlarına növbəti ildə qayıdacaq.  İdmançı 2018-ci ildə nə ilə məşğul olduğunu və növbəti mövsümdən gözləntilərini bölüşüb. 

“Əvvəllər yaxşı çıxışlarım olub, lakin yenidən sükan arxasına keçib, olmadığım bəzi yollarda məmnuniyyətlə avtomobil idarə edərdim. Buna misal kimi Bakını göstərmək olar.

Mənə iki məsələ yardımçı oldu. Birincisi, xoşbəxtəm ki, yenidən bu işə qayıtmışam. İkincisi, etiraf etməliyəm ki, bu il avtomobilimiz elə də yaxşı deyildi, lakin məqsədimə çatmaq üçün ilk addımımı atdım”, - R.Kubitsa əlavə edib. F1news.ru 

BakuCity.az 

“Williams” F1
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər