Bakıda külli miqdarda aksiz markasız siqaret aşkarlanıb - Video

Bakıda külli miqdarda aksiz markasız siqaret aşkarlanıb - Video

Faktla bağlı cinayət işi başlanılıb

Bakucity.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 190 ünvanında yerləşən ərzaq mağazasında növbəti nəzarət tədbiri keçirilib.

Vergilər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı külli miqdarda aksizsiz tütün məmulatları və alkoqollu içkilər aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı) cinayət işi başlanılıb və 3 şəxs saxlanılıb.

BakuCity.az

aksiz markasız siqaret video
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər