Bakıda bayram yarmarkaları təşkil olunur

Bakıda bayram yarmarkaları təşkil olunur

Yarmarkada qiymətlər bazardan ucuz olacaq

Bakucity.az xəbər verir ki, Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Metronun "Elmlər Akademiyası, "28 May", "Nəriman Nərimanov", "Neftçilər" və "Gənclik" stansiyalarının qarşısında çadırlar qurulub.

Məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və məhsulları bazar qiymətlərinə nisbətdə ucuz satmaqdır.

Çadırlarının digər metrostansiyaların qarşısında da quraşdırılması gözlənilir.

Bakı şəhər İcra hakimiyyəti tərəfindən ötən il paytaxtda 13 bayram çadırı qurulmuşdu. Trend.az

BakuCity.az

Yarmarkalar metro bayram
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər