Bakıda piyadanı vuran sərxoş sürücü tutuldu

Bakıda piyadanı vuran sərxoş sürücü tutuldu

Sərxoş vəziyyətdə avtomobillə piyadanı vuraraq öldürüb

Bakucity.azxəbər verir ki, dekabrın 9-da saat 22 radələrində Bakı şəhər sakini, Həsənov Əli ona məxsus olan 90-KS-784 dövlət nömrə nişanlı “Mercedes-Benz E 220” markalı avtomobili ilə Ramana qəsəbəsində Məmmədov Bəhramı vuraraq öldürüb.

Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb. 

Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

İş üzrə istintaq davam etdirilir. 

BakuCity.az

Sərxoş sürücü vuraraq öldürdü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər