"Sadəcə, ikimizin də günahkar olduğunu deməliydik"
Bakucity.az xəbər verir ki, “Red Bull” komandasının pilotu Maks Ferstappen ötən mövsüm Azərbaycanda keçirilən Qran-Pri zamanı, komanda yoldaşı Daniel Rikkardonun birinci dövrənin sonunda ona çırpılması insidentdən danışıb.
“Biz bir-birimizə baxdıq və bildik ki, bu, pisdir. Bizə təlimat verildi, KİV-də bir-birimizə qarşı ittiham səsləndirməməli, sadəcə, ikimizin də günahkar olduğunu deməliydik. Səhnə arxasında da bir-birimizə qarşı ittihamlar səsləndirmədik”, - Ferstappen deyib.
BakuCity.az