Yeniyetmə 3 il müddətində azadlıqdan məhrum edilib
Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa qəsdən ziyan vurmaqda təqsirləndirilən Nurəhməd Nurəhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə oxunan hökmə əsasən, onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tədbiq edilib və N.Nurəhmədova 3 illik şərti cəza verilib.
Qeyd edək ki, hadisə bu il Binəqədi rayonunda baş verib. N.Nurəhmədov yaşadığı evin qarşısından söyüş söyərək keçən Xəqani Tağıyevi bıçaqlayıb.
BakuCity.az