Bakıda bu sahədə çalışanların maaşı artırıldı - AÇIQLAMA

Bakıda bu sahədə çalışanların maaşı artırıldı - AÇIQLAMA, Javid

Sürücülərin əməkhaqqısı artırılıb

Bakı Nəqliyyat Agentliyinin(BNA) mətbuat xidmətindən verilən məlumata görə,  "BakuBus” MMC-də çalışan sürücülərin də sosial-müdaifəsi ilə bağlı müxtəlif tədbilər reallaşdırılıb.

 Bu tədbirlərin davamı olaraq 1 dekabrdan etibarən "BakuBus” MMC-də çalışan sürücülərin aylıq əmək haqları orta hesabla 10 faiz artırılıb. Məqsəd, sürücülərin maddi rifah halını daha da yaxşılaşdırmaq, həmçinin, onların işə daha məsuliyyətlə yanaşmasına nail olmaq və avtobuslarda əhaliyə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir.

Qeyd edək ki, sürücülər "BakuBus” MMC-də gün ərzində növbəli iş qrafiki üzrə çalışırlar. 

Məlumat üçün bildiririk ki, "BakuBus" MMC tərəfindən sürücü vəzifəsinə növbəti işə qəbul elan olunub. İş üçün "D” kateqoriyalı sürücülük vəsiqəsi olan vətəndaşlar "BakuBus" MMC-yə müraciət edə bilərlər. Vətəndaşlara işə qəbul barədə ətraflı məlumat almaq üçün (012) 404-11-10 telefon nömrəsinə zəng etmək tövsiyə olunur.

BakuCity.az

BakuBus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər