Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakucity.az xəbər verir ki, saat 00.30 radələrində 10 TR 986 dövlət nömrə nişanlı “Mercedes 190” markalı avtomobilin sürücüsü İsmayilov Tural sürət həddini aşaraq, yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Zamanov İlkin Sədrəddin oğlunu vurub.
İ. Zamanov hadisə yerində dünyasını dəyişib, sürücü isə qaçıb.
Qeyd edək ki, T. İsmayılov piyadanı vurduqdan sonra maşını yol kənarındakı dirəyə çırpıb və onu aşırıb. Xəbəri oxu.az yayıb.
BakuCity.az