Sabah Bakıda marşrut xətlərinin istiqaməti dəyişdiriləcək

Sabah Bakıda marşrut xətlərinin istiqaməti dəyişdiriləcək

Sərnişin avtobusları alternativ yolla gedəcəklər

Bakucity.az xəbər verir ki, 12 dekabr Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda deyilir ki, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək. (Trend)

BakuCity.az

Bakı marşrut
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər