“Azərişıq”abunəçilərdən üzr istəyib
Bu gün saat 12:30-dan 14:30-a qədər Abşeron rayonunun Goradil və Fatmayi qəsəbələrindəki bağlara elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, fasilə həmin ərazilərdə aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Qurum yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.
BakuCity.az