Bakıda professor plagiata görə işdən qovuldu

Bakıda professor plagiata görə işdən qovuldu, Javid

Oğurluq yazı böyük rezonans doğurub

BakuCity.az xəbər verir ki, Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda unikal hadisə baş verib: professor plagiata görə qovulub.

“İqtisadiyyat” qəzetində institutun iki əməkdaşının həmmüəllifliyi ilə məqalə dərc edilib.

Lakin məqalə Moskva nəşrlərindən birindən olduğu kimi köçürülübmüş. Oğurluq yazı böyük rezonans doğurub. Çünki təkcə müəlliflik hüquqları pozulmayıb, həm də nəşrin imici zədələnib.

Dünən İqtisadiyyat İnstitutunda məsələ ilə bağlı iclas keçirilib, əməkdaşların hərəkətləri pislənilib və müxtəlif cəzalar təklif edilib. Hər iki əməkdaş cəzalandırılıb. Plagiat məqalənin müəlliflərindən birinə töhmət verilib, oğurluğun təşəbbüskarı kimi çıxış edən professor Ağadadaş Qafarov isə işdən qovulub. Bu, Azərbaycanda professorun plagiata görə işdən qovulması ilə bağlı ilk hadisədir.(bakupost.az)

BakuCity.az

AMEA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər