Bakının mərkəzinə salınan yeni yol tamamlanır - FOTO

Bakının mərkəzinə salınan yeni yol tamamlanır  - FOTO, Javid

100-ə yaxın ev və qeyri-yaşayış obyekti sökülüb

BakuCity.az xəbər verir ki, Bakı Dairəvi yolu ilə Abbas Mirzə Şərifzadə küçəsini birləşdirəcək yeni çəkilən yolda işlər yekunlaşmaq üzrədir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Şöbə rəisinin sözlərinə görə, yolun tikintisi ilə bağlı 100-ə yaxın ev və qeyri-yaşayış obyekti sökülüb:

“Hazırda yolun 160 metrlik hissəsində istinad divarları tikilir. Ümumilikdə yolun uzunluğu 1,3 kilometr, eni isə 18,5 metrdir. Yol tikintisi ilə əlaqədar 91 maneə aradan qaldırılıb. Bunlar yaşayış, qeyri-yaşayış və torpaq sahələridir. Həmin əmlakların sökülməsi müqabilində sakinlərə kompensasiya ödənilib.

“Həmin ərazidə kommunikasiya xətlərində problemlər var idi. Layihə çərçivəsində bütün kanalizasiya, su, rabitə və qaz xətləri yenilənib. Elektrik xətləri isə tam olaraq dəyişdirilib, ərazidə 4 ədəd transformator tikilib”. (Trend)

BakuCity.az

Yeni yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər