Bakıda uşaqlar üçün xeyriyyə aksiyası keçirildi - FOTO

Bakıda uşaqlar üçün xeyriyyə aksiyası keçirildi - FOTO, Javid

“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib

Bakucity.az-ın məlumatına görə, aksiya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə  “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən təşkil edilib. Tədbir fiziki imkanları məhdud uşaq və yeniyetmələrə həsr olunub.

Tədbirin açılışında “Yeni Həyat” İctimai Birliyinin sədri Nailə İsmayılova qeyd edib ki, yardım və dəstəyə ehtiyacı olan insanlar hər gün özlərinə qarşı qayğı hiss etməlidirlər. Onun sözlərinə görə, aksiyanın təşkilatçıları hər bir uşağı diqqət və qayğı ilə əhatə etməyə yönəlib.

N. İsmayılova bildirib ki, Azərbaycanda xeyriyyəçiliyin keçirilməsi qeyri-adi hal hesab olunmur: “Bir çox insan köməyə ehtiyacı olanlara qarşılıqsız yardım edir. Hamımız bilirik ki, ağır xəstəlikləri olan uşaqlara, yaşlı insanlara və yaşayış şəraiti ağır olan insanlara dəstək lazımdır. Aksiyamız hamıya xatırladır ki, yanımızda köməyə ehtiyacı olan uşaqlar və yeniyetmələr var. Hər birimiz bu köməyi göstərmək, bir az vaxt ayırmaq, öz diqqətini, sevgisini, istliyini və qayğısını yönəltmək gücündədir”.

Milli Məclisin deputatı Adil Əliyev aksiyanın keçirilməsini yüksək qiymətləndirərək bildirib ki, dövlət fiziki imkanları məhdud şəxslərə, onların cəmiyyətə inteqrasiya olunmasına böyük qayğı və diqqət ayırır.

Qonaqların arasında ictimai xadimlər, mədəniyyət və elm xadimləri var idi. Aksiya çərçivəsində fiziki imkanları məhdud uşaqların işlərindən ibarət sərgi nümayiş olunub, onlar, həmçinin müxtəlif kompozisiyalar və musiqi nömrələri təqdim ediblər. Qonaqlara əyləncə proqramı göstərilib.

BakuCity.az

Aksiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər