Bakıda kənd təsərrüfatı üzrə Azərbaycan-Türkiyə biznes-forumu işə başlayıb
Bakucity.az-ın məlumatına görə, tədbir öncəsi kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, biznes-forum türk iş adamlarını Azərbaycanın aqrar sektoruna cəlb etmək məqsədi daşıyır.
O, həmçinin, ötən gün Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə keçirdiyi görüşdə iki ölkə arasında əməkdaşlıq üçün bir sıra prioritet istiqamətlərin müəyyən edildiyini bildirib:
“Xüsusilə fındıqçılıq və pambıqçılıqda məhsuldarlığın artırılması, müasir texnologiyaların Azərbaycana transferi, innovasiyaların tətbiqi ilə bağlı müzakirələr apardıq. Hazırda Türkiyə və digər dövlətlərin təcrübəsini nəzərə almaqla aqrar sığortaya dair yeni qanun layihəsi hazırlanır"
Nazirin qeyd etdiyinə görə, işlər yekunlaşdıqdan sonra qeyd edilən məsələlərin tətbiqi ilə bağlı qərar qəbul ediləcək.
Bakucity.az