Bakıda keçiriləcək Avropa Liqası finalının bilet qiymətləri açıqlandı

Bakıda keçiriləcək Avropa Liqası finalının bilet qiymətləri açıqlandı

"Bakıdakı finala biletlər bir qədər ucuz olacaq"

Bakucity.az xəbər verir ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçının biletlərinin satışa çıxarılacağı tarix və qiymətləri açıqlnıb. 

Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Həlledici qarşılaşmanın ən ucuz bileti 35, ən bahalısı isə 130 avro olacaq deyə o, bildirib:

"1 və 4-cü katiqoriya biletlərin satışında fərq var. Ötən il Fransanın Lion şəhərində keçirilmiş final oyununda biletlərin satış bazarı fərqli olsa da, UEFA üçün Avropa Liqası eyni səviyyəli brenddir. Fransadakı finalda orta qiymət 95 avro idi. Bizdə isə ortalama 70 avro olacaq. Amma Bakıdakı finala biletlər bir qədər ucuz olacaq".  

E.Məmmədov biletlərin 2019-cu il martın ilk həftəsindən onlayn satışda olacağını da bildirib:

"Azarkeşlər 1, 2, 3 və 4-cü kateqoriyalı yerlərə biletləri onlayn formada əldə edə bilərlər. VİP biletlər isə artıq satışdadır". 

Bu mövsüm Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Bakucity.az

UEFA bilet qitmət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər