Bakı teatrlarında bilet qiymətləri açıqlandı - Siyahı

Bakı teatrlarında bilet qiymətləri açıqlandı - Siyahı

Bakı teatrlrında qiymətlər belədir:

Bakucity.az Bakıda fəaliyyət göstərən teatrların bilet qiymətləri təqdim edirir.

Akademik Milli Dram Teatrında biletlərin qiyməti 6-10 AZN arası dəyişir.

Azərbaycan Dövlət Musiqili Teatrında uşaqlar üçün 6, böyüklər üçün isə biletlərin qiyməti 8-10 manatdır. Uşaqlar üçün Yeni İl şənliyinin qiymətinə hədiyyə daxil olmaqla 8 manatdır.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uşaqlar üçün biletin qiymətləri 5,6,7 AZN, böyüklər üçün isə 11-16 AZN-dir. 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında isə qiymətlər standart olaraq 3 AZN təşkil edir.

Bakı Uşaq Teatrında biletlərin qiyməti 5 AZN-dir. 

Azərbaycan Dövlət Pantomima Teatrında uşaqlar üçün bilet qiymətləri 5, böyüklər üçün isə 7 AZN-dir.

Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar üçün biletin qiyməti 5 AZN-dir. Axşam tamaşaları 15, premyera tamaşalarınin qiyməti isə 20 AZN-dir.

Gənc Tamaşaçılar Teatrında biletlərin qiyməti isə 6-8 AZN aralığındadır.

Bakucity.az

Bakı teatrları qiymətlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər