Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb
Bakucity.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 14-də Azərbaycana səfərə gələcək.
Məlumatlara görə, o, Bakıda təşkil ediləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) xarici işlər nazirlərinin 39-cu toplantısında iştirak edəcək.
Toplantıda nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, energetika, ekologiya, ticarət, gömrük işləri, terrorçu qruplaşmalarla mübarizə, mədəniyyət kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. (Oxu.az)
Bakucity.az