İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - FOTO/VİDEO

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - FOTO/VİDEO, Javid

Bu gün Heydər Əliyevin vəfatından 15 il keçir

Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda m'rhum prezident Heydər Əliyevin məzarını ziyarət edib.

Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra dövlət himni səslənib.

Prezident akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

Ziyarətdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, komitə, şirkət və idarə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 15 il keçir.

Bakucity.az

İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər