Yol polisi sürücülərə müraciət etdi – Qaydalar dəyişdi

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

Bakucity.az xəbər verir ki, iİdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, tez-tez eşitdiyimiz, hər dəfə təəssüf və böyük ağrı hissi ilə qarşıladığımız yol qəzaları bir çox hallarda avtomobillərin nasazlığı ucbatından baş verir: “Yol hərəkətində istifadə olunan mexaniki nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışa təqdim olunmalıdır”.

Baş DYP İdarəsi qeyd edir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsi məqsədilə “Yol hərəkəti haqqında” qanunun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər ilk növbədə avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar olduğundan daha da maraq doğurur. Belə ki, əvvəlki qaydalara görə mexaniki nəqliyyat vasitələrinə texniki baxış yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə keçirilirdisə, saz nəqliyyat vasitələrinə kağız daşıyıcıda texniki talon verilirdisə, artıq bu qaydalar ləğv edilib. Qanuna edilmiş dəyişikliyə əsasən nəqliyyat vasitələrinin növbəti texniki baxışdan keçiriləcəyi günü müəyyən etmək üçün həmin avtomobillər yuxarıda qeyd etdiyimiz texniki baxışdan keçmə müddəti əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanmalıdır. Qanunvericilikdə edilmiş daha bir dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi inzibati məsuliyyətə səbəb olur: “Başqa sözlə desək, nəqliyyat vasitəsi verilmiş müddətin bitdiyi sonuncu gündən 20 gün ərzində texniki baxışa təqdim edilməlidir. Bu müddət bitdikdən sonra texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrlə aşkarlanır və onun istifadəçisi barədə avtomatik rejimdə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Avtomobilini texniki baxışdan keçirmədən idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxsə bu xətanı aradan qaldırmaq üçün daha 20 gün imkan yaradılır”.

Lakin DYP rəsmisi qeyd edir ki, bu müddət başa çatanadək nəqliyyat vasitəsini hələ də texniki baxışa təqdim etməyən şəxs 20 gündən sonra yenidən inzibati məsuliyyətə cəlb edilir və bu proses ardıcıl davam edir: “Məlumat üçün bildirim ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs avtomobilini müəyyən edilmiş növbəti texniki baxışın keçiriləcəyi gündən əvvəl də Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzlərinə təqdim edə bilər. Lakin unutmaq lazım deyil ki, belə olduqda növbəti dəfə avtomobilinizin texniki baxışa təqdim olunma vaxtı dəyişiləcək və bu müddət avtomobilinizin sonuncu dəfə texniki baxışdan keçirildiyi gündən hesablanacaq”.

Rüfət Quliyev onu da bildirib ki, qanuna edilmiş daha bir mühüm dəyişiklik texniki baxışdan keçmiş nəqliyyat vasitəsi barədə elektron talonun tərtib olunmasıdır. Bu halda artıq nəqliyyat vasitələrinin ön şüşəsinə vurulan texniki baxış talonuna ehtiyac qalmır. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə tərtib edilən elektron talon, dərhal elektron qaydada “ASAN ödəniş” sisteminə göndərilir və həmin sistem texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

Texniki baxışa təqdim edilən avtobuslarda, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərində nasazlıqlar aşkar edildikdə onun sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Yalnız, bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.

Digər avtomobilləri texniki baxışdan keçirildikdən sonra əvvəlcə bu barədə elektron talon tərtib olunur. Əgər texniki baxış zamanı nasazlıqlar aşkar edilibsə bu barədə avtomobil sahibinə bildiriş verməklə ona nasazlıqların aradan qaldırılması tövsiyə olunur. Həmin minik avtomobili növbəti texniki baxışa təqdim edilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə,bu dəfə nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur”.

Sonda şöbə rəisi qeyd edib ki nəqliyyat vasitələrinin texniki baxışa təqdim edilməsi qaydalarına edilmiş mühüm əlavə və dəyişikliklərdən biri də inzibati cərimələrin ödənilməsi ilə bağlıdır. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs yalnız barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər.

Bakucity.az

Yol polisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məqsəd yaşı 60-dan yuxarı olan pensiyaçılara kömək etməkdir Bakıda kasıblara pulsuz xörək verən məkan varmış. Deyirlər, hələ 5-6 nəfər də götürə bilərik. Bu xeyirxah işlə Yəhudi Qadınlarının Azərbaycan Assosiasiyası məşğuldur. BakuCity.az "Azadlıq" radiosuna istinadən məlumat verir ki, mərkəz 27 ildir, fəaliyyət göstərir. Bu mərkəzdə əsasən könüllülər çalışır. Pulsuz yeməkdən yararlananlar isə əsasən rusdillilərdir. Lakin milli ayrı-seçkilik yoxdur. Buraya...
Cəmiyyət
Həmin şəxsin vəziyyəti qənaətbəxşdir Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən “Report”a təsdiqləyiblər. Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma h...
Cəmiyyət
Sərnişinlər təxliyə olunur Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda işıqlar söndü, işıqforlar işləmir O qeyd edib ki, bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb: "Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" -...
Cəmiyyət
Problem aradan qaldırılır Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "Azərişıq” ASC-dən BakuCity.az-a verilən məlumata görə, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür. Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb. Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki,...
Cəmiyyət
"İnsan həmişə nəyəsə səy göstərməlidir" “Öz hekayəni danış” rubrikası çərçivəsində BakuCity.az saytının bugünkü qonağı “High Boost” restoranının baş aşpazı Rüfət Əliyarovdır. - Kulinariya sahəsində təhsiliniz barədə ətraflı danışmağınızı istərdik. Bildiyimizə görə, əvvəlcə tamamilə başqa işlə məşğul olmaq istəmisiniz.  - Düzünü desəm, diplomat olmaq arzusunda idim. Bu mənim təbiətimdə var: psixologiyanı uzun müddət araşdırmışam, insanlarla necə ünsiyyət qu...
Hakimiyyət
Sərəncam imzalandığı gündən qüvvəyə minir Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar: general-leytenant Cəbrayılov Asif Mikayıl oğlugeneral-leytenan...
Ekologiya
Səhər zəif duman olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 28-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer t...
Cəmiyyət
Onunla təmasda olan əməkdaşlar da müşahidə altına alınıb İrandan gəlib Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən həmin ölkənin vətəndaşı fevralın 25-i saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxil olmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. Dövlət Gömrük Komitəsindən BakuCity.az-a...
Cəmiyyət
Reyslər martın 14-dən həyata keçiriləcək  "Türk Hava Yolları" Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb. BakuCity.az-ın məlumatına görə, bu barədə aviaşirkətin İdarə Heyətinin sədri İlker Aycı deyib. O bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar bir sıra reyslər təxirə salınıb, məsələn, Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, "Türk Hava Yol...