2018-ci ildə Bakıda keçirilən ən vacib mədəniyyət tədbirləri – Top 10

Paytaxtın mədəni həyatında yadda qalan tədbirlər

Bakucity.az 2018-ci ildə Bakıda keçirilən ən maraqlı, həmçinin ölkə tarixini özündə əks etdirən mühüm hadisələrə həsr edilmiş mədəniyyət tədbirlərinin onluğunu hazırlayıb. Materialı oxuculara təqdim edirik.

1. VII Beynəlxalq Kitab Sammiti

VII Beynəlxalq Kitab Sammiti martın 18-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində baş tutub. Sammitdə yerli və xarici dövlət rəsmiləri və nümayəndələr iştirak ediblər. 

2. Bakı Şopinq Festivalı

 “Tax Free – Şopinq” et və xərclədiyin pulun bir qismini geri al! – şüarı altında keçirilən 3-cü Bakı Şoppinq  festivalı 01.05.2018 tarixində başlayıb və 1 ay davam edib. Festivala Bakıda yerləşən 800-dək mağaza qatılıb. Festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlər də təşkil edilib.

3. "World Food Azerbaijan" sərgisi

Paytaxt tarixində bu il həm də sərgilərlə zəngin olduğuna görə yadda qalıb. 16 mayda fəaliyyətə başlayan XXIV Azərbaycan Beynəlxalq qida sənayesi sərgisi də bunlardan biridir. 34 ölkədən 402 şirkətin iştirak etdiyi sərginin keçirilməsində məqsəd isə iştirakçı ölklərin hələ bazara çıxarılmayan yeni məhsullarının  nümayişi olub. Sərgidə Azərbaycan, Belorusiya, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Rusiya, Yunanıstan, Macarıstan və başqa ölklərin aparıcı şirkətləri iştirak edib.

4. Azərbaycan Xalq Cümhuriyyətin  100 illiyi – silsilə mədəni tədbirlər

Bu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Bu səbəbdən də 2018-ci il Azərbaycan tarixində xüsusi əhəmiyyətli bir il kimi yadda qaldı və paytaxtın bütün rayonlarında, qəsəbələrində, ali və orta təhsil ocaqlarında, dövlət müəssisələrində müxtəlif adda mədəniyyət tədbirləri, konsert proqramları nümayiş olundu, festivallar, sərgilər keçirildi, çoxsaylı mədəniyyətyönlü layihələr təqdim olundu. 

5. Freestyle: Açıq səma altında yoqa festivalı

“Meditasiya həyatımızın ayrılmaz bir hissəsidir”, - şüarı altında bu il daha bir maraqlı festivalla yadda qaldı. Bu, 24 iyunda “YARAT” Müasir İncəsənət Mərkəzi Dənizkənarı Bulvar İdarəsi ilə birgə “YARAT Freestyle” proqramı çərçivəsində baş tutan “Freestyle: Açıq səma altında yoqa festivalı 2018”-dir. Festivalda hindistan rəqslərindən ibarət rəngarəng programlar, ustad dərsləri, canlı musiqi çıxışları və astroloji güşə yer almışdı. Proqramları “Yoqa Şaxi” studiyası, “The Art of Living” meditasiya mərkəzi, Yoqa Akademiyası, “Khalsa” Mərkəzi və "Chandramukhi" rəqs studiyası həyata keçirirdi.

6. “Jara” musiqi festivalı

Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. Bu il isə daha səs-küylü, yadda qalan oldu. Festivalın təşkilatçıları Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov oldu. İyulun 26-dan 29-dək “Sea Breeze Resort” istirahət mərkəzində keçirilən festivalda1200-dən çox musiqiçi, 75 tanınmış ifaçı iştirak etdi. 

7. Bakı Kitab Mərkəzi fəaliyyətə başladı

Sentyabrın 1-də fəaliyyətə başlayan Bakı Kitab Mərkəzinin rəsmi açılışı 28 avqustda baş tutdu. Mərkəzdə Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə 10 mindən çox kitab var. Mərkəzin əsas məqsədi - oxucularda xalqın mədəni, mənəvi dəyərlərini və faydalı bilikləri daşıyan kitaba marağı oyatmaqdır. 

8. X Beynəlxalq Musiqi Festivalı

Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı 18-26 sentyabr tarixlərində keçirildi. Festival çərçivəsində Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər - T.Dokşitser adına "New life brass" kvinteti, "Dədə Qorqud" kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirlər həyata keçirilib.

9. Nəsimi - seir, sənət və mənəviyyat Festivalı

Bu il Azərbaycanda ilk dəfə olaraq 27-30 sentyabr tarixlərində keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutdu. Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunan festival çərçivəsində Nəsimi şeir məclisi, 14-cü qısametrajlı filmlər marafonu və ədəbi müsabiqə keçirildi. Qaliblər – Tahirə Məmmədova, Mehman Rəsulov, Rüstəm Tofiq, Aysel Babayeva və Mehriban Səttarova sentyabrın 30-da mükafatlandırılıb və bununlada festival başa çatıb.

10. IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı

IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı 14 noyabr tarixində Nizami Kino Mərkəzində baş tutub. Festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi, direktoru isə Fehruz Şamıyev idi.

Festivala 45 ölkədən 490 qısametrajlı film təqdim olunmuş, Seçim Komissiyası isə beynəlxalq müsabiqənin proqramına 72 film daxil etmişdi. 

Hazırladı: Ramilə Qardaşxanqızı

BakuCity.az

TOP 10 Mədəni tədbirlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
“Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.  Prezidentin sözlərinə görə, o, bundan əvvəl də bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış edib ki, onlar işçiləri ixtisar etməsinlər: “Bu xahiş və ya tələb qüvvədədir. Onu da bildirməliyəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu he...
Ekologiya
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-ü səhərədək  hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 2-si günün ikinci yarısından 3-ü səhərədək şimal-qərb  küləyinin sürəti 15-20 m /s olacaq, arabir 23 m/s...
Cəmiyyət
Bu gün axşamdan metro bağlanacaq Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan  BakuCity.az-a daxil olan məlumata görə, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii...
Cəmiyyət
Sosial şəbəkədə dezinfeksiya işləri aparan şəxslərdən birinin əks olunduğu video yayılıb BakuCity.az xəbər verir ki, videonun paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində çəkildiyi iddia olunur.  Görüntülərdə şəxsin dezinfeksiya məhlulu üçün nəzərdə tutulan xüsusi qaba su doldurduğu görünür. Çəkiliş yarıda kəsildiyi üçün sonra nə baş verdiyi məlum deyil. Vətəndaş isə iddia edir ki, küçələrə dərman əvəzinə su səpirlər. Koronavirusun yayılmasına qarşı mübarizə a...
Cəmiyyət
Azərbaycanda 24 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1 nəfər ölüb Azərbaycan Respublikasında 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib. Məlumatda deyilir: "COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci...
Ekologiya
1 apreldə gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən BakuCity.az-s verilən məlumata görə aprelin 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 8-11, gündü...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mart ayının 31-dən etibarən bir sıra əlavə qadağalar tətbiq edilib. Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin...
Cəmiyyət
Bakıda lifti ayağı ilə çağıran şəxs BP rəsmisidir? Sosial şəbəkədə koronavirusa yoluxmaqdan ehtiyat edərək, qeyri-adi davranışlara yol verən şəxsin görüntüləri paylaşılıb. Bəzi kütləvi informasiya vasitələrində həmin şəxsin BP-nin vitse-prezidenti Zaur Paşayev olduğu iddia olunur. Görüntülərdə şəxsin əllərini dezinfeksiya etməsi və ayağı ilə liftin düyməsinə basmağa çalışdığı əks olunub. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı “BP Azərbaycan” şirkətin...
Cəmiyyət
“Reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmır” Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronavirus təhlükəsinin ciddiliyinin nəzərə alınması və karantin tədbirlərinə əməl edilməsi üçün ölkə vətəndaşlarına müraciət edib. BakuCity.az-ın məlumatına görə, C.İsayev Trend-ə açıqlamasında bildirib ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Bu virus ABŞ, İtaliya, İspaniya, Böyük Britaniy...