Polis Şəhidlər Xiyabanında əylənən gəncləri araşdırır - VİDEO

Polis Şəhidlər Xiyabanında əylənən gəncləri araşdırır - VİDEO, Javid

Gənclərlə bağlı polisə müraciət olunub

Bakucity.az xəbər verir ki, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunub.

Bu barədə Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin mühəndisi Sabir Həsənov bildirib:

“Səbail Rayon Polis İdarəsi bu barədə məlumatlıdır və müvafiq araşdırma aparılır”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır:

“Videogörüntüdəki gənclərin şəxsiyyətlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində iş aparılır. Səbail Rayon Polis İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə gənc oğlanın gecə saatlarında “Əbədi məşəl” abidə kompleksində musiqi fonunda akrobatik hərəkətlər edərək abidənin divarlarına çıxması görüntüləri yayılıb. (Modern.az)

BakuCity.az

DİN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər