YARAT gürcü rəssamın fərdi sərgisini təqdim edir

YARAT gürcü rəssamın  fərdi sərgisini təqdim edir

 Sərgi rəssamın müxtəlif təsviri texnikaların sintezini özündə birləşdirir

Bakucity.az xəbər verir ki, 14 dekabr 2018 –14 aprel 2019-cu il tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində Gürcüstan rəssamı Vaciko Çaçxianinin fərdi sərgisi açılacaq.

Sərgi rəssamın müxtəlif təsviri texnikaların sintezini özündə birləşdirən, tamamilə yeni əsərləri təqdim edir. Bu texnikalardan sənətkar əvvəllər də miflər, ənənələr və mənəvi irsin əsaslı şəkildə marağı üzərində qurulmuş öz immersiv dünyasını yaratmaq üçün istifadə etmişdir.

Öz adını sərgiyə vermiş, qurumuş ağaclardan quraşdırılmış monumental meşə instalyasiyası həm antik dövrlərin, həm də digər tarixi keçmişin bir hissəsi olan heykəlləri özündə cəmləşdirir. Taxta pyedestallarda yerləşdirilmiş köhnə, sınıq-salxaq heykəllər, onları qazıyan natamam pazlarla bərkidilib. Həmin pazlar onları birtəhər tutub saxlayır, yaxud əksinə, bir-birindən aralanmasına təhlükə yaradır. Bu instalyasiya, Gürcüstanda, öz qədim mifologiyası və nisbətən yaxın, daha çox ağrılı-acılı keçmişi arasında olan rəvayətlərin hissə-hissə nəql etməsi mahiyyətinə istinad edir. / Trend.az

Bakucity.az 

Gürcü rəssamı YARAT sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər