Bakıda Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq ediləcək

Bakıda Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq ediləcək

ƏDV qeydiyyatında olan şəxslər istisnadır

Bakucity.az xəbər verir ki, Amortizasiyanın tətbiqi ilə bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, gələn ildən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vasaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək.

Vergilər Nazirliyindən verilən məlumata görə, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxırlar:

"Buna əsasən həmin kateqoriyaya aid vergi ödəyicisi balansında olan əsas vəsaitlərə görə illik amortizasiya normasına 2 əmsal tətbiq etməklə daha artıq məbləği gəlirdən çıxmaq hüququna malikdir.

Kiçik sahibkarlıq subyektləri isə sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Nəticədə bu kateqoriyadan olan vergi ödəyicilərinin vergiyə cəlb olunan mənfəətləri azalacaq və onlar dövriyyə vəsaitinə qənaət etməklə öz fəaliyyətlərini genişləndirmək imkanı qazanacaqlar".

Bakucity.az

vergi ödəyici ƏDV
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər