Oyun cərimələrlə yadda qalıb
Bakucity.az xəbər verir ki, İK Topaz Premyer Liqanın 14-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Belə ki, Topaz Premyer Liqasının 14-cü turunun “Sabah” – “Keşlə” matçında “Sabah” klubunun 4, “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb və klub 800 manat cərimələnib.
“Səbail” – “Qəbələ” matçının 85-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün klub 200 manat cərimələnib.
Oyunun 55-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Miloş Yevtic texniki zona qaydalarını pozduğuna görə oyundan kənarlaşdırılıb və 1 oyun cəzalandırılaraq, kluba 800 manat cərimə yazdırıb.
63-cü dəqiqədə isə “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
68-ci dəqiqəsində “Səbail” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klubun hesabına 800 manat cərimə yazılıb.
Bakucity.az