Bakı metrosunda dava düşdü - AÇIQLAMA

Bakı metrosunda dava düşdü - AÇIQLAMA, Javid

“Gənclik” stansiyasında dava düşüb.

Bakucity.az xəbər verir ki, stansiyada iki sərnişin mübahisə edib. İnsident böyüdüyü üçün metropoliten işçiləri və polis əməkdaşları vəziyyətə müdaxilə edib. 

“Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakı metrosunun “Gənclik” stansiyasında baş verən hadisə ilə bağlı açıqlama verib:

“Hadisə zamanı ictimai asayiş pozulmayıb. Polis sərnişinlərlə söhbət aparıb, onlar bir-birinə qarşı barışdırıcı mövqe tutduqları üçün məsələ yerindəcə aydınlaşdırılıb. Onlar barışdırılaraq yola salınıb”, - deyə o vurğulayıb. Məlumatı oxu.az yayıb. 

Bakucity.az

Bakı metropoliteni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər