Sergey Lavrov Bakıya gəlir

Sergey Lavrov Bakıya gəlir, Javid

Rusiya xarici işlər naziri bu gün Azərbaycana səfər edəcək. 

Bakucity.az xəbər verir ki, Lavrov dekabrın 14-də Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 39-cu toplantısında iştirak edəcək.

Qeyd edək ki, QİƏT sədrliyi nazirlərin 38-ci iclası çərçivəsində rotasiyaya uyğun olaraq Azərbaycana keçib. 

Tədbir zamanı Azərbaycanın QİƏT-dəki yarımillik sədrliyinin yekunları, eləcə də, iqtisadi əməkdaşlıq sahəsi ilə bağlı regional gündəliyə daxil olan bir çox məsələlər müzakirə ediləcək. (oxu.az)

Bakucity.az

Sergey Lavrov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər