Bakıda məşhur müğənninin evindən 100 min manat oğurlanıb

Bakıda məşhur müğənninin evindən 100 min manat oğurlanıb

Müğənni Nadir Qafarzadə pullarının oğurlandığını iddia edir. 

Bakucity.az xəbər verir ki, tanınmış estrada müğənnisi Nadir Qafarzadə “5-də 5” proqramında qonaq olarkən bir müddət bundan əvvəl mənzilindən 100 min manata yaxın pul oğurladığını qeyd edib: 

“Xeyli sayda pulumu oğurladılar. Evə kamera qoymamışam. Mən öncə bir xanımdan şübhələnmişdim. Sonra  bildim ki, o deyil. Zəng vurub üzr istədim,Gözümlə görməmişəm, o dünyaya günah aparmaq istəmirəm. 

100 min manata yaxın pulumu oğurladılar. Həyat yoldaşım mənə çox dəstək oldu, gecə yata bilmirdim, yuxu dərmanı qəbul edirdim. Əziyyətlə qazanılmış pullar idi. Hadisə təxminən 1 il yarım bundan əvvəl baş vermişdi”. Qafqaz.infonun məlumatında deyilir. 

Müğənni oğurluqla bağlı hüquq-mühafizə orqanlarına xəbər verib-verməməsinə aydınlıq gətirməyib. 

Bakucity.az

Oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər