Bakı merinin qardaşına yüksək vəzifə verildi - ƏMR

Bakı merinin qardaşına yüksək vəzifə verildi - ƏMR

Nazir Sahil Babayev qərar qəbul edib

Bakucity.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.

Sahil Babayevin müvafiq əmri ilə, Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri təyin edilib. 

Xəbəri Unikal.org-a Aydın Əzizov təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl A.Əliyev Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.

Bakucity.az

Eldar Əzizov Təyinat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər