Bakıda möhtəşəm bazar açılacaq - FOTOLAR

Bakıda möhtəşəm bazar açılacaq - FOTOLAR, Javid

Bazar həm də tarixi memarlıq əsəri kimi qorunacaq

Bakucity.az xəbər verir ki, bir müddətdir ki, Şərq bazarı yenidən qurulur. 

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov görülən işlərlə bağlı bildirib ki, tikili ölkənin gözəl memarlıq abidələrindən biridir və milli üslubunun qorunması şərti ilə rekonstruksiya olunacaq:

"Hazırda rekonstruksiya işlərinin layihələndirilməsi aparılır. Bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və sökülməsindən söhbət belə gedə bilməz. Sadəcə olaraq bazarın içərisində obyekt sahiblərinin düzəltdiyi arakəsmələr var idi ki, onlar sökülür. Abidə milli memarlıq üslubunun qorunması şərtilə rekonstruksiya ediləcək. Ora tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacaq”.  ("Qafqazinfo”)

Bakucity.az

Şərq Bazarı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər