Prezident Bakıda açılışda iştirak etdi

Prezident Bakıda açılışda iştirak etdi, Javid

İlham Əliyev lenti kəsib və yaradılan şəraitlə tanış olub.

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin açılışında iştirak edib.

Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir. Ərazisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin sonunda başlanılıb. Parkda yenidənqurma işləri çərçivəsində inşa olunan üçmərtəbəli Gənclər Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Sonra Prezident İlham Əliyev Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

BakuCity.az

İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər