Bakı meriyasının sabiq əməkdaşına 11 il cəza istənilir

Bakı meriyasının sabiq əməkdaşına 11 il cəza istənilir

Təqsirləndirilən şəxs Bakı Şəhər Ekspertiza Mərkəzinin vəzifəli əməkdaşı olub

BakuCity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Rufullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda çıxış edən prokuror A.Rufullayevə 11 illik həbs cəzası istəyib.

A.Rufullayev Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Ekspertiza Mərkəzinin vəzifəli əməkdaşı olub. Dələduzluqla bağlı qalmaqal yarandıqda isə  ərizə yazaraq işdən çıxıb.

İttihama əsasən, A.Rufullayev Əjdər adlı şəxslə əlbir olaraq Azad Şərifovdan İraqda biznes qurmaq adı ilə 456 min manat alıblar.

A.Rufullayevə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

BakuCity.az

A.Rufullayev 11 il cəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər