Bu il Bakıda əhaliyə 4 milyardlıq xidmət göstərilib

Bu il Bakıda əhaliyə 4 milyardlıq xidmət göstərilib

Ödənişli xidmətlərin dəyəri 2,9 faiz artıb

Bakucity.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4 milyard 279,2 milyon olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 663,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 62,3%-i təşkil edib.

2018-ci ilin yanvar-oktyabr aylarında isə ictimai iaşə dövriyyəsi əvvəlki illə müqayisədə 6,7 faiz artaraq 792,4 milyon təşkil edib.

Dövriyyənin 47,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52,5 faizi isə bu sahədə sahibkarlıqla məşğul olan şəxslərin payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-oktyabr aylarına nisbətən 12,2% artaraq 376,2 milyona çatıb.

BakuCity.az

2,9 faiz artım
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər