Portfolioların son göndərilmə tarixi 21 yanvar 2019-cu ildə bitir
YARAT Müasir İncəsənət Mərkəzi "ARTIM Lab" layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 illik emalatxana və silsilə seminarlar təklif edir.
Layihədə iştirak incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Əsas məqsəd iştirakçılara eksperimental təcrübə vasitəsi ilə incəsənətin müasir formaları haqda məlumat almaq imkanı yaratmaqdır.
Əlavə məlumat: +994 12 505 1414; +994 50 246 9292
BakuCity.az