Bakıda İcra hakimiyyətinə təyinat oldu

Bakıda İcra hakimiyyətinə təyinat oldu

Vüqar Şıxəmmədov Səbail rayon icra başçısının müavini təyin edilib

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abid Əliyev vəzifəsindən azad edilib.

Bununla bağlı RİH başçısı Vüqar Zeynalov əmr imzalayıb. Digər əmrə görə həmin vəzifəyə Vüqar Şıxəmmədov təyin olunub.

O, bundan öncə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri olub.

A.Əliyevin isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında idarə rəisi vəzifəsinə təyin ediləcəyi gözlənilir.

Bakucity.az

Vüqar Şıxəmmədov RİH
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər