Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı keçirilir
Bu gün Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı öz işinə başlayıb.
Bakucity.az xəbər verir ki, ökonfrans iştirakçıları öncə Şəhidlər xiyabanını ziyarət ediblər.
“Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi” mövzusunda keçirilən konfransda Milli Məclisin spikeri Oqtay Əsədov, gənclər və idman naziri Azad Rəhimov, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron və digər xarici və yerli qonaqlar iştirak edirlər.
Sessiyalar iki gün davam edəcək.
Bakucity.az