Yarmarkada gənc istedadların əl işləri satılacaq
Bakucity.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC Yeni il ərəfəsində daha bir layihə həyata keçirəcək.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 18-i səhər 10-dan axşam 19-a qədər “İçərişəhər” stansiyasında keçiriləcək yarmarkada gənc istedadların əl işlərinin satışı təşkil olunacaq.
“Əl işləri yarmarkası” sosial yönümlü aksiya təmənnasız keçiriləcək. Məqsəd gənc istedadlara dəstək olaraq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır.
Bakucity.az