QDİƏT-ə Azərbaycan sədrlik edir
Bakucity.az xəbər verir ki, Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası başlayıb.
İclasa Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir.
İclasda təşkilata üzv ölkələrin rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.
Bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı ilə keçirilib. Azərbaycanın QDİƏT-ə sədrliyi dekabrın 31-də başa çatacaq.
Bakucity.az