Bakıda mənzil almaq istəyənləə yeni layihə təklif olunub

Bakıda mənzil almaq istəyənləə yeni layihə təklif olunub

 "1 mənzil sizdən, əlavə 14 otaq bizdən!"

Bakucity.az xəbər verir ki, Bakıda – "Ağ Şəhər"də yerləşən “Hünər Qüllələri” layihənin önəmli tərkib hissəsini təşkil edir. Əlverişli yerləşmə sakinlərə, şəhərin istənilən nöqtəsinə rahat keçidi təmin edən 4 əsas prospektə - Nobel, Babək, Neftçilər və Heydər Əliyev prospektlərinə çıxış imkanı verir. Həmçinin yaxınlıqda Xətai və onun davamı olaraq tikiləcək, şərti adı Y14 olan metrostansiyasının olması daha bir üstünlük yaradır.

Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, məşhur “Foster+Partners” memarlıq şirkəti, ABŞ-ın “F+A Architects” arxitektura bürosu və 25 ildən artıq dizayn və mühəndislik təcrübəsinə sahib “URAL Engineering Co Ltd” şirkəti cəlb edilib. 

“1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tətbiq etməkdir. Patenti yalnız "Huner Group"a aid olan Flexhouse sisteminin məqsədi evinizdə olmasını xəyal etdiyiniz, lakin evinizə sığmayan bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir.

“Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq. 

Ümumilikdə 83408 kv.m ərazini əhatə edən layihənin sadəcə 30 %-i yaşayış sahəsinə aiddir. Geri qalan digər ərazilər isə sakinlərin ehtiyaclarını və komforunu təmin etmək üçün planlaşdırılan müxtəlif təyinatlı xidmət sahələri üçün ayrılıb. Trend.az

Əlavə məlumat: (012) 409 00 44

Bakucity.az

"1 mənzil sizdən əlavə 14 otaq bizdən!" Hunner qroup
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər