Qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
Bakucity.az xəbər verir ki, Binəqədi rayon Polis idarəsinin 5-ci polis bölməsi və Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 2000 manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Kənan İsayev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bakucity.az