Paytaxtda sahibkarın külli miqdarda əmlakını mənimsəkdə təqsirləndirilən qadın həbs edilib
Bu barədə aldadılan şəxsin vəkili Fərid Həsənov məlumat verib.
Onun sözlərinə görə, biznesdə şəriklik adı ilə aldadılan Nəcəf Nəsirli Gülarə Əliyevadan şikayət edib, Xətait Rayon Məhkəməsinin qərarı ilə qadın üç ay müddətinə həbs olunub.
G.Əliyeva isə apellyasiya şikayəti verib, lakin şikayəti təmin edilməyib.
Vəkil bildirib ki, G.Əliyeva N.Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək, külli miqdarda əmlakını ələ keçirib.
İlkin məhkəmədən sonra G.Əliyeva müvəqqəti olaraq qadın təcridxanasına köçürülüb.
Məhkəmədə N.Nəsirli ona vurulmuş ziyanın ödənilməsini tələb edib. / Report
Bakucity.az