Paytaxtın baş planında ilkin mərhələ başa çatdı

Paytaxtın baş planında ilkin mərhələ başa çatdı

İşin birinci mərhələsi uğurla yekunlaşdırılıb

Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığını rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işini davam etdirir.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Məlumatda həmçinin deyilir ki, iki mərhələdən ibarət olan bu prosesin beynəlxalq standartlara uyğunlaşdırılması və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “Boston Consulting Group” şirkətini cəlb edib. Artıq işin birinci mərhələsi uğurla yekunlaşdırıldı, ikinci mərhələyə başlamaq və şəhərsalma sahəsində beynəlxalq səviyyədə təcrübəsi olan şirkəti işə cəlb etmək məqsədi ilə açıq tender elan edilib.

Tenderin qalibi Komitənin və Boston Konsaltinq Qrup şirkətinin dəstəyi ilə Bakı şəhərinin baş planının hazırlanması işinin ikinci mərhələsini reallaşdıracaq.

Bakucity.az

Bakı şəhər tender
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər